Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2025 11:10
Motosiklet yarışları üzrə dünya çempionu Nikolay Krasnikov Başqırdıstanda baş verən dəhşətli yol qəzası nəticəsində dünyasını dəyişib.
Sonxeber.net rus mediasına istinadən xəbər verir ki, məlumatı onun çalışdığı Qabdrahman Kadırov adına Texniki İdman Mərkəzi təsdiqləyib.
Başqırdıstanın idman naziri və baş nazirin müavini Ruslan Həbibov idmançının ölümünü "yerli və milli səviyyədə böyük itki" kimi dəyərləndirib:
Qeyd edək ki, fərdi buz yarışlarında səkkiz dəfə dünya çempionu olan Krasnikov komanda yarışlarında isə on iki dəfə dünya çempionu adını qazanıb. O, 2023-cü ildə peşəkar karyerasını başa vurduğunu açıqlamışdı.
Fidan